“Xəyal Qutusu” azyaşlıların arzularını gerçəkləşdirməyə davam edir

“Xəyal Qutusu” azyaşlıların arzularını gerçəkləşdirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələrinin Baş Çavuşu Cavid Zeynalovun qız övladı Zeynəb Zeynallı gələcəkdə həkim peşəsinə yiyələnmək istədiyini simvolik olan “Xəyal Qutusu”na atıb. Artıq onun xəyalı gerçəkləşib. Qəhrəmanımızın Vətənə əmanət övladı Bakı Sağlamlıq Mərkəzində bir gün keçirərək, həkimlərin iş fəaliyyəti ilə tanış olub. Zeynəb bir günlük iş prosesində həmçinin avadanlıqlarla da yaxından tanış olub və ətraflı məlumata yiyələnib. “Xəyal Qutusu” azyaşlıların arzularını gerçəkləşdirməyə davam edir.

Diqər xəbərlər